“Xalqın mədəni sərvəti” adlı sənət layihəsinə başlanılır

“Xalqın mədəni sərvəti”  adlı sənət layihəsinə başlanılır
calendar 8 yanvar 2024
clock 18:50

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” adlı sənət layihəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, əsas məqsəd regionlarda Azərbaycan klassik nümunələrini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi, folklor musiqisini müasir gəncliyə çatdırmaqdır.

Layihə çərçivəsində yanvarın 8-dən 14-dək dünyaşöhrətli Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) əsərlərindən ibarət “Musiqi paradı” təşkil ediləcək.

Layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunacaq.

view 632 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news