Xanəndə Oqtay Hacıyev vəfat etdi

Xanəndə Oqtay Hacıyev vəfat etdi
calendar 22 aprel 2022
clock 10:06

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

Bu barədə APA-ya mərhumun sənət dostu Sabir Abdullayev məlumat verib.Oqtay Hacıyev 1951-ci ildə Şəmkir rayonunda anadan olub. O, Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti, Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı və solisti olub.

Mərhum sənətkar məşhur "Neyçün bəs?" mahnısınin müəllifi və Xan Şuşinskinin sonuncu tələbəsi idi.

view 2307 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news