“Yad gəlin” gəlir

“Yad gəlin” gəlir
calendar 16 sentyabr 2019
clock 18:14

Bu gün “Yad gəlin” serialı ilk dəfə işıq üzü görəcək.

Kulis.az xəbər verir ki, ARB telekanalında yayımlanacaq serialın baş rollarını aktrisa Günəş Mehdizadə və gənc aktyor Həsən Ağa ifa edir. Əməkdar artistlər Kəmalə Müzəfər, Nəsibə Eldarova və Eldəniz Rəsulovda serialda vacib rolları ifa edir. Dram janrında olan serialın ssenaristiləri Nicat Dadaşov, Pərviz Seyidli, Sara Bayramova, rejissoru isə Qulu Əsgərovdur.

Qeyd edək ki, serial 16 sentyabr 19:00-dan etibarən həftəiçi dörd gün(bazar ertəsindən cümə axşamına-dek) ARB telekanalında yayımlanacaq.

view 12028 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news