Daha Konçita olmayacaq

Daha Konçita olmayacaq
calendar 28 noyabr 2017
clock 10:10

Avstriyalı artist Tomas Noyvirt saqqalı Konçita Vurst obrazındakı karyerasına son vermək qərarına gəlib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni Konçita obrazı ilə vidalaşmasının “dramatik və möhtəşəm” olacağını deyib.

“Həyat yola çıxmaq kimidir. Başqa insanlar kimi mən də inkişafdayam. Həyatda etmək istədiyim bir çox şey var. Onların çoxunu etmək üçünsə parik taxmaq, süni kirpiklər qoymaq lazım deyil”- deyə müğənni əlavə edib.

Xatırladaq ki, Noyvirt 2014-cü ildə saqqalı qadın Konçita Vurst obrazı ilə “Avroviziya” musiqi festivalının qalibi olub.

view 1799 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news