“Hörümçək adam” Bakıda

“Hörümçək adam” Bakıda
calendar 8 noyabr 2017
clock 10:25

Gənc Tamaşaçılar Teatrı Sten Linin “Hörümçək adam” əsərinin məşqlərini başlayıb.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə plastikası Ceyhun Dadaşov, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova və başqaları ifa edəcəklər.

Tamaşanın premyerası dekabrın 29-da olacaq.

view 1082 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news