Qodardan yeni film gəlir

Qodardan yeni film gəlir
calendar 29 aprel 2019
clock 10:10

Məşhur fransız rejissor Jan Lyuk Qodar yeni film çəkilişlərinə başlayır.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, fransız yeni dalğasının öncüllərindən olan Jan Lyuk Qodar "Sarı jiletli" adlı yeni filminin hazırlıqlarına başlayıb.

Film "Sarı jiletlilər" hərəkatında iştirak edən və sevgilisindən ayrılan bir qadının həyatından bəhs edəcək. Bununla da Qodar ölkəsində baş verən hadisələrə aktiv münasibətini bildirəcək.

Yarı sənədli filmin əsas hissəsi arxiv materialları əsasında çəkiləcəyi üçün rejissor filmdə aktyor heyətinin iştirak edib etməyəcəyini tam olaraq açıqlamayıb.

view 1868 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news