İki roman təqdim olunacaq

İki roman təqdim olunacaq
calendar 6 sentyabr 2017
clock 13:34

Sentyabrın 9-u saat 15-də Səməd Mənsur adına Əmircan qəsəbə Mədəniyyət evində yazıçı Məhbubə Hacıyevanın tarixi keçmişimizdən bəhs edən iki kitabımın – “Səadət”dən qopan qorxu” və “Qızılgül ətri” romanlarının təqdimatı keçiriləcək.

Kulis.az-ın verdiyi məlumata görə, “Səadət”dən qopan qorxu” kitabı "Sky E" nəşriyyatında, “Qızılgül ətri” kitabı isə Türkiyənin İstanbul şəhərindəki POST nəşriyyatında nəşr olunub.

Təqdimat günü “Səadət”dən qopan qorxu" əsərinin qəhrəmanı, Bakı neft milyonçusu, mesenat Murtuza Muxtarovun qəbri ziyarət ediləcək, qonaqlar onun vəsaiti ilə tikilmiş Bakının nadir memarlıq incilərindən sayılan Muxtarov məscidində olacaq.

Tədbir iştirakçılarına həmçinin, milyonçunun məscidə bağışladığı qızılla işlənmiş nəhəng “Qurani-Kərim” də nümayiş olunacaq.

view 1098 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news