Meksika filmi Azərbaycanda

Meksika filmi Azərbaycanda
calendar 14 mart 2019
clock 17:33

Meksikanın Azərbaycandakı səfirliyi, “Landmark Cinema” ilə əməkdaşlıq apararaq meksikalı rejissor Alfonso Kuaronun “Roma” filmini təqdim edib.

Bu filmi müxtəlif mükafatlara, eyni zamanda, “Ən yaxşı xarici film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı fotoqrafiya” nominasiyaları üzrə üç “Oskar”a layiq görülüb.

Tədbirə gələn tamaşaçılar ötən əsrin 70-ci illərinin Mexiko şəhərinin həyat və ab-havasını canlandıran bu ekran əsərindən zövq alaraq filmi maraqla seyr ediblər.

Qeyd edək ki, “Roma” filminin premyerası Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində 2018-ci il avqustun 30-da keçirilib və ekran əsəri “Qızıl şir” mükafatına layiq görülüb. Alfonso Kuaronun qələbəsi ilə meksikalı rejissorların uğuru bir daha təsdiqlənib. Son 6 il ərzində İncəsənət və Kinoşünaslıq Akademiyasında seçilmiş ən yaxşı rejissorlardan beşi meksikalıdır./azertag.az/

view 2212 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news