Komaya düşən yazıçı ayıldı

Komaya düşən yazıçı ayıldı
calendar 22 aprel 2019
clock 10:19

Yazıçı Dmitri Bıkov özünə gəldi.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, məşhur rus yazıçısı Dmitri Bıkov səhhəti yaxşılaşıb.

Xəbər verdiyimiz kimi, yazıçı bu yaxınlarda komaya düşmüşdü. Onu Ufa şəhərində xəstəxanaya yerləşdirmişdilər.

51 yaşlı yazıçı xəstəxananın neyroreanimasiya bölməsində koma vəziyyətində idi. Həkimlər onun insult olduğunu düşünürdü.

Yazzçı, jurnalist Dmitri Bıkov bir sıra beynəlxalq mükafatların sahibidir. O, “İyun” romanına görə 2018-ci ildə Rusiyanın “Böyük kitab” mükafatında üçüncü yerə çıxıb. Bıkov ədəbiyyat, tarix haqqında mühazirələri ilə də məşhurdur.

view 1937 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news