Xalq artistinə ev verildi

Xalq artistinə ev verildi
calendar 18 oktyabr 2019
clock 10:15

Prezident İlham Əliyev Xalq artisti Fikrət Verdiyevə ev bağışlayıb.

Kulis.az xəbər verir ki, bu haqda tanınmış tarzənin xanımı, Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova öz sosial şəbəkə hesabında məlumat yayıb.

Bəyimxanım Cavanşirova statusunda yazıb:

“Prezidentimiz İlham Əliyev Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin etdi. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət ehtiramla minnətdarlığımızı bildiririk”.

Xatırladaq ki, Fikrət Verdiyev Gəncədə “Göygöl” ansamblının yaradıcısıdır.

view 2807 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news