APA TV-nin 4 yaşı tamam olur

APA TV-nin 4 yaşı tamam olur
calendar 29 may 2017
clock 10:00

Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından 4 il ötür.

APA-nın məlumatına görə, 2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.

APA Holding”in tərkibinə daxil olan televiziya gündə 14 saat canlı yayımlanır, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş onlarla veriliş tamaşaçılara təqdim olunur.

Analoq televiziya formatında fəaliyyət göstərən APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

Ad günün mübarək, APA TV!

view 1120 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news