10 min kitab yanıb kül oldu

10 min kitab yanıb kül oldu
calendar 31 yanvar 2018
clock 10:12

Ankarada “Sərhədsiz Kitab” nəşriyyatının deposunda yanğın olub.

Kulis.az türk mətbuatına istindən xəbər verir ki, səbəbi bilinməyən yanğında 10 mindən artıq kitab yanıb kül olub.

Nəşriyyatın direktoru Serkan Akkuş yanğınla bağlı bunları söyləyib: “İki təxminimiz var. Depoda pərdələr olmadığı üçün kitablar görünürdü. Ola bilsin, kimsə kitablardan narahat olaraq bunu törədib. Ya da narkomanlar tərəfindən törədilib. Yanğından Mühafizə İdarəsinin qərarını gözləyirik.”

view 1053 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news