Moskva şəhər məhkəməsi rejissor, Qoqol teatr mərkəzinin rəhbəri Kiril Serebrennikovu ev həbsindən azad edib.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, onunla bahəm eyni işdə cəza çəkən direktor və direktor müavini də həbsdən azad olunub.
Kiril Serebrennikov 2011-2014-cü illərdə “Platforma” adlı layihəyə ayrılan külli miqdarda pulu mənimsəməkdə şübhəli bilindiyinə görə haqqında cinayət işi açılmışdı. Rusiyanın və dünyanın nüfuzlu kino və teatr xadimləri ittihamı qəbul etməyərək həbsdə olan rejissorun müdafiəsinə qalxmışdılar.
- Qızını aktrisa olmağa qoymadı, içkiyə görə qardaşından küsülü qaldı, hamını öz yasına dəvət etdi – Vaqif Səmədoğludan maraqlı faktlar
- Bu, o Ələddin İncəlidir ki... – Məmməd İsmayıl yazır
- Elnarə Akimova deputatlığa namizəd oldu
Xatırladaq ki, Kiril Serebrennikovun "Rusiyada yaşamaq kimin üçün yaxşıdır?" tamaşası ötən ilin noyabrında MAP festivalı çərçivəsində Bakı tamaşaçılarına təqdim olunmuşdu.