Gənc yazarın romanı çap olundu

Gənc yazarın romanı çap olundu
calendar 22 aprel 2015
clock 09:32

Gənc yazıçı İlqar Kamilin “Ayrılıq” romanı işıq üzü görüb. Kitab “Parlaq İmzalar” nəşriyyatında çap olunub.

Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs edir. Bununla yanaşı, əsərdə hadisələr fonunda cəmiyyətimizdə aktual olan bir sıra məsələlər və problemlər də işıqlandırılmışdır ki, bu da əsəri günümüzlə səsləşməsi baxımından daha da maraqlı edir.

Əsərdə mövzunun əsasında duran ayrılıq məsələsinə yalnız bu günə qədər çox istifadə olunmuş maddi həyat anlamında yox, daha çox metafizik müstəvidə yanaşılmışdır.

Kitab nəfis tərtibatla “Parlaq İmzalar” Nəşriyyatında işıq üzü görüb. Artıq Bakı və Sumqayıtın kitab mağazalarında satışdadır. Həmçinin nəşriyyatdan bildirildi ki, “Ayrılıq” romanını onlayn şəkildə də aşağıdakı keçiddən sifariş etmək mümkündür. Kitab Azərbaycanın hər yerinə pulsuz çatdırılır: http://goo.gl/forms/gWZ7pMmw9y

view 1528 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news