“Atamın dostları” çap olundu

“Atamın dostları” çap olundu
calendar 21 noyabr 2016
clock 16:46

Azərbaycan əsilli çağdaş türk yazıçısı, tanınmış dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə kitabı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi nəşr edib.

XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə yeni Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən bu irihəcmli memuarlar toplusu tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bu gününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın Azərbaycan dilinə tərcüməçi və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir.

view 1081 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news