Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi
calendar 19 mart 2019
clock 10:07

Məşhur rus rejissor, xalq artisti Marlen Xutsiev 94 yaşında Moskvada dünyasını dəyişib.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, bu məlumatı Kinematoqrafçılar İttifaqı təsdiq edib.

Ötən ilin dekabr ayından xəstəxanaya yerləşdirilən Xutsiev “Çayın o tayındakı küçədə yaz”, “İliçin qarovulxanası”, “İyul yağışı”, “İki Fyodr”, “Son söz”, “Sonsuzluq” kimi məşhur filmlərin rejissoru olub.

“İliçin qarovulxanası” filmi 1965-ci ildə “Venesiya film festivalında” xüsusi jüri mükafatına layiq görülüb.

view 2216 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news