dOM teatrının beynəlxalq uğuru

dOM teatrının beynəlxalq uğuru
calendar 1 iyun 2019
clock 10:35

Mayın 23-dən 30-dək Başqırdıstan Respublikasının paytaxtı Ufada keçirilən Türkdilli Xalqların “Tuğanlıq” VII Beynəlxalq Teatr Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, festivalın proqramına Başqırdıstan, Tatarıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tuva, Krım, Xakasiya, Türkiyə, Özbəkistan, Altay və Qaqauz teatrlarının 13 tamaşası təqdim edib.

Festivalda “Yeni teatr məkanının və tamaşaçı ilə təmas vasitələrinin mənimsənilməsi” adlı xüsusi mükafatı İsmail İmanın yazdığı, rejissorluğunu isə Tərlan Rəsulovun etdiyi “Limbo” immersiv tamaşasına görə Azərbaycanı təmsil edən dOM müstəqil teatrı qazandı.

view 2178 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news