Misir hakimiyyəti 4 iyulda Londonda “Christie's” hərrac evində satışa çıxarılacaq Tutanxamonun daşdan hazırlanan büstünü geri tələb edə bilər.
3 min yaşı olan büst Tutanxamonun timsalında günəş Allahı “Amon”un təsvirini əks etdirir.
“Financial Times” qəzetinin məlumatlarına əsasən büstün qiyməti 4 milyon funtsterlinq dəyərindədir. Hesab olunurdu ki, büst Misirin Luksor şəhərində, kilsədə yerləşirdi. Hazırda artefakt şəxsi kolleksiyadadır. Çox güman ki, büst kilsədən oğurlanmışdır.
- Pulsuz kitab paylanır - Aksiya
- "Oskar"a namizəd olan aktyor vəfat etdi
- Fərda Xudaverdiyev: “Şekspir bəstəkar olub”
Arxeoloqların fikrincə Misirin, fironun büstünü geri qaytarmaq üçün "etnik haqqı" var./azertag.az/