Vidadi Həsənov infarkt keçirib

Vidadi Həsənov infarkt keçirib
calendar 2 iyul 2019
clock 16:08

YUĞ Teatrnın aktyoru Vidadi Həsənov infarkt keçirib.

Kulis.az xəbər verir ki, aktyorun həmkarı Amid Qasımov da faktı təsdiqləyib. Onun sözlərinə görə, aktyor ötən gecə ürəyində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Aktyor dərhal əməliyyat olunub və onun ürəyinə stend qoyulub.

Əməkdar artist hal-hazırda “Mediland” klinikasına yerləşdirilib.

Xatırladaq ki, aktyor "Bəyin Oğurlanması", "Yalan", “Leyli və Məcnun”, “Çölçü” filmləri ilə tanınır.

view 2741 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news