Vaxtanqov teatrı Bakıya gəlir

Vaxtanqov teatrı Bakıya gəlir
calendar 14 avqust 2019
clock 12:55

Bakıda Rusiyanın dünyaca məşhur Vaxtanqov teatrının tamaşaları oynanılacaq.

Kulis.az-ın Bakı M.A.P. festivalının təşkilat qrupuna istinadən verdiyi xəbərə görə, sentyabrın əvvəlində Bakıda Vaxtanqov teatrının üç tamaşası göstəroiləcək.

Tamaşalar oktyabrda Bakıda keçiriləcək M.A.P. teatr festivalına xüsusi giriş tamaşaları olaraq seçilib. Və sentyabrın 1-dən dördünədək oynanılacaq.

“Yevgeni Onegin” tamaşası 1,2,3 sentyabr tarixində Azərbaycan Akademik Musiqili teatrında, “Medeya” tamaşası sentyabrın 3-də, “Lanqustun harayı” tamaşası isə sentyabrın 4 də Rus Dram teatrında Bakı teatrsevərlərinə təqdim olunacaq.

view 2012 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news