Uşaqların sevimli yazıçısı öldü

Uşaqların sevimli yazıçısı öldü
calendar 16 iyul 2018
clock 10:22

Kristin Nöslinger vəfat edib.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, uşaq ədəbiyyatının ən güclü simalarından olan avstriyalı yazıçı Kristin Nöslinger dünyasını dəyişib.

Uşaqların və gənclərin ən sevimli yazıçısı Kristin Nöslinger son vaxtlar uşaq romanı yazmayacağını açıqlamışdı. Yazıçının dediyinə görə, artıq onun həyatı uşaq romanına çevrilirdi.

Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib. “Kim vecinə alar Kralı” adlı romanı ilə dünya uşaq ədəbiyyatının ən ciddi fiquru hesab olundu. Bir çox mükafatın sahibidir.

“Lollipop”, “Ağlından fikirlər keçən uşaq”, “Gizli miras”, “Kağız təyyarəylə gizli macəra” kimi məşhur kitabların müəllifidir.

view 1040 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news