Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandinin küllərinin bir hissəsi oğurlanıb.
Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə 1949-cu ildən Bapu Bravan muzeyində saxlanılan küllərin bir hissəsinin oğrulandığı muzey rəsmiləri tərəfindən təsdiq olunub.
Oğruların Qandinin portreti üzərinə “xain” sözləri yazdığı da məlum olub.
- Azərbaycan ədəbiyyatının 10 ən yaxşı hekayəsi - Siyahı
- Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı verilib
- Müharibədə casusluq edən, külü kitabxana divarlarına səpələnən yazıçı - O, niyə rahibin qızı ilə evlənmişdi?
Muzey rəhbərliyinin sözlərinə görə 2 oktyabr Qandinin ad günü olduğundan səhər erkən saatlarında işə gələrək, muzeyin qapılarını açıb. Geri qayıdanda isə küllərin oğurlandığını, portretin isə təhqir olunduğunu görüb.
Xatırladaq ki, Mahatma Qandi 1948-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilib.