Bakıda avtomat kitab köşkü təqdim olunub

Bakıda avtomat kitab köşkü təqdim olunub
calendar 28 sentyabr 2017
clock 15:46

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ilk dəfə Respublika Kitabxana Kollektoru da iştirak edib.

Maraqlı təqdimatla çıxış edən kollektor kitabsevərlərə Mədəniyyət və Turizm Nazirliyinin “Avtomat kitab köşkü” aparatını təqdim edib.

Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov “Avtomat kitab kökü” haqqında ziyarətçilərə məlumat verib: “Bu tipli aparatlar ilk dəfə olaraq müxtəlif içkilərin satışı üçün nəzərdə tutulub. Müasir dövrdə kitabların bu üsulla satışı bir sıra ölkələrdə həyata keçirilir. Aparatın özəlliyi müştəri ilə birbaşa əlaqədə olub müvafiq məbləği ödədikdən sonra nəzərdə tutulan kitabı almağa imkan verir”. /azertag.az/

view 1179 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news