Alim Qasımov İstanbulda çıxış edib

Alim Qasımov İstanbulda çıxış edib
calendar 7 noyabr 2017
clock 12:43

Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova İstanbulun Baxçaşəhər Mədəniyyət və Sənət Mərkəzində konsert proqramı ilə çıxış ediblər.

Konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbaycan xalq musiqisi nümunələri, həmçinin “Ay qız”, “Əziz dostum”, “Mən gəlmişəm sizə qonaq”, “Əlimi bıcaq kəsibdir” mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.

Alim Qasımov İstanbulda və Türkiyənin başqa şəhərlərində daha əvvəllər də konsert verdiklərini söyləyərək yenidən burada olmalarından məmnunluğunu ifadə edib.

1200 nəfərlik salonda baş tutan konsert tamaşaçıların ayaq üstə alqışları ilə sona çatıb.

AzərTac

view 1187 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news