Azərbaycanlı kinoaktyor vəfat etdi

Azərbaycanlı kinoaktyor vəfat etdi
calendar 18 aprel 2018
clock 15:44

Aktyor, qiraət ustası İdris Rüstəmov dünyasını dəyişib.

Kulis.az-ın aktyorun yaxınlarına istinadən verdiyi xəbərə görə, İdris Rüstəmov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Əsasən epizodik rollar ifaçısı İdris Rüstəmovun son rollarından biri "Sonuncu" adlı qısametrajlı filmdə olub. Aktyor bu roluna görə 2016-cı ildə Livan Beynəlxalq Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

30 -dan çox filmdə müxtəlif xarakterli obrazlar yaratmış aktyor Belarus,Ukrayna və s. xarici olkərərin filmlərində də rol almışdı.

view 1434 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news