Mirzə Cəlilin ev muzeyi yenilənir

Mirzə Cəlilin ev muzeyi yenilənir
calendar 17 may 2018
clock 13:20

Görkəmli yazıçı-dramaturq, Şərqdə ilk satirik jurnal-“Molla Nəsrəddin”-in yaradıcısı Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının yaradılması ilə əlaqədar təmir-bərpa və bədii-tərtibat işləri başlayıb.

Kulis.az xəbər verir ki, iş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılır. Muzeyin kollektivi ilə görüşən idarənin rəisi Vuqar Zeynalov bildirib ki, maddi mədəniyyət nümunələrinin qorunub saxlanıldığı muzeyin bərpasında məqsəd onun fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək açılacaq.

view 1094 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news