Gənc şairin imza günü keçiriləcək

Gənc şairin imza günü keçiriləcək
calendar 11 mart 2019
clock 16:07

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Yazarlar Birliyinin üzvü, gənc şair Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı (sayca üçüncü) şeirlər kitabı işıq üzü görüb.

Kulis.aza verilən məlumata görə, kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələri toplanıb.

Sözügedən kitabın ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Azər Turan, redaktoru Emil Rasimoğlu, məsləhətçisi Səlim Babullaoğlu, korrektoru İlahə Eldarqızıdır.

Qeyd edək ki, 16 Mart, saat 13-00-da Milli Elmlər Akademiyasının “Akademkitab” kitab evində kitabın təqdimat mərasimi keçiriləcək.

(Ünvan: Bakı Dövlət Universitetinin və “Elmlər Akademiyası” metrosunun yeni çıxışının yanı.)

Нет описания фото.

view 1268 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news