Firon II Ramzesə aid saray tapılıb

Firon II Ramzesə aid saray tapılıb
calendar 3 aprel 2019
clock 10:37

Amerikalı arxeoloqlar qədim Misir şəhəri Abidosda firona aid olması ehtimal olunan saray qalıqları tapıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, firon II Ramzesin məbədinin yanında yerləşən bu tikilinin üzəri Ramzesin kartuşu ilə (Qədim Misir heroqliflərində seçilməsi üçün firon və ya hökmdarın adını içərisində yazmaq üçün uzunsov, bir qədər oval şəklində kontur yaxud haşiyə) bəzədilmişdir.

Alimlər bu tikilini Abidos yaxınlığındakı məşhur məbəd ətrafında qazıntılar apararkən aşkar edib.

view 2266 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news