İlin ən yaxşı musiqiçiləri seçildi

İlin ən yaxşı musiqiçiləri seçildi
calendar 2 may 2019
clock 14:30

Billboard Music Awards mükafatlarının təqdimetmə mərasimində ilin ən yaxşı musiqiçiləri elan edilib.

Musiqiçilərin tam siyahısı ABŞ-ın “Billboard” jurnalının saytında yerləşdirilib.

“Ən yaxşı artist” kateqoriyasında laureat kanadalı reper və prodüser Drake (Obri Dreyk Qrem) olub. Bu kateqoriyada qələbə uğrunda hip-hop-müğənni Cardi B, pop-ifaçı Ariana Qrande, reper Post Malone və trep-ifaçı Travis Scott da mübarizə aparırdılar.

Drake, həmçinin “Ən yaxşı müğənni”, “Ən yaxşı rep-ifaçı”, “Radioda ən yaxşı artist”, “Ən çox satılan musiqiçi” və daha bir neçə digər nominasiyanın qalibi seçilib. Ariana Qrande “Ən yaxşı qadın müğənni”, reper Juice WRLD (Cared Higgins) “Ən yaxşı yeni artist” elan olunub. “Ən yaxşı rok-ifaçı” nominasiyasında mükafatı Amerikanın Imagine Dragons qrupu alıb./azertag.az/

view 1964 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news