Maestro Niyazinin xatirəsi anılıb

Maestro Niyazinin xatirəsi anılıb
calendar 20 avqust 2019
clock 18:06

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanıb.

Tədbir çərçivəsində müxtəlif muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtilə dirijoru olduğu konsertlərdən videofraqmentlər nümayiş olunub. /azertag.az/

view 1974 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news