Şabanın filmlərdə ən çox döydüyü aktyor vəfat edib

Şabanın filmlərdə ən çox döydüyü aktyor vəfat edib
calendar 1 oktyabr 2019
clock 11:08

Yeşilçamın məşhur aktyoru Abdi Algül 86 yaşında vəfat edib.

Kulis.az türk mətbuatına istinadən bildirir ki, aktyor Kamal Sunal ilə birgə çəkildiyi filmlərin sayəsində məşhurlaşmışdı.

170-dən çox filmdə rol alan aktyorun maddi sıxıntıları və ev problemi olub. O, həyat yoldaşı ilə birgə Fatih Cankurtaran məhəlləsində məşhur “Sakar Şahin” filmində yandırılan kiçik köşkdə yaşayırdı.

Daha çox mənfi obrazları canlandıran Abdi Algül Kamal Sunalın filmlərdə ən çox döydüyü aktyor olub.

Tamaşaçılar onu "Tokatçı" filmində canlandırdığı “Kara borsacı” obrazından tanıyıblar.

Image result for Abdi Algül

view 2395 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news