Filmimiz beynəlxalq kinofestivalda

Filmimiz beynəlxalq kinofestivalda
calendar 18 oktyabr 2019
clock 18:45

Düşənbədə ənənəvi “Didor” beynəlxalq sənədli filmlər festivalı keçirilir.

Kinofestivalda Azərbaycan, Almaniya, ABŞ, Rusiya, Böyük Britaniya, İsrail, İran, Niderland, Özbəkistan, Qırğızıstan və digər ölkələrin kinorejissorlari iştirak edir.

Azərbaycanlı rejissor Leyli Qafarova festivala “Bir dəfə Şanxayda” sənədli filmi ilə qatılıb.

Kinofestivala təqdim edilən 57 sənədli film Düşənbənin “Zeboniso” kinoteatrında göstəriləcək.

Festival çərçivəsində rejissorlarla görüş, usta dərsləri də keçiriləcək. /azertag.az/

view 1859 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news