Filmimiz Polşada nümayiş olunacaq

Filmimiz Polşada nümayiş olunacaq
calendar 8 noyabr 2019
clock 18:46

Noyabrın 8-də Polşanın Lodz şəhərində 9-cu Beynəlxalq Animasiya Film festivalı işə başlayıb.

Festival çərçivəsində yeni filmlərlə yanaşı, köhnə ekran əsərləri də yer alacaq. İzlənənlər arasında Azərbaycan animasiya sənətinin 50 illiyinə həsr olunmuş sənədli film də var.

Üç gün davam edəcək festivalda eksperimental, xüsusən animasiya sənətində klassik üsulla birləşdirilmiş rəqəmsal texnologiya vasitəsilə hazırlanmış filmlər yer ayrılacaq. /azertag.az/

view 2198 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news