Feministlər kinoteatrı dağıtdılar

Feministlər kinoteatrı dağıtdılar
calendar 13 noyabr 2019
clock 11:12

Feministlər Parisdə Roman Polanskinin yeni “Zabit və casus” filminin nümayiş mərasimini dağıdıblar.

Kulis.az-ın rsu mətbuatına istinadən verdiyi xəbərə görə, 40-a yaxın fəal kinoteatra girişi bağlayıb, afişaları çırıb və adamları rejissorun filmini baykot etməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl fransız aktrisası və fotoqraf Valentin Monye Polanskini 1975-ci ildə onu zorlamaqda ittiham edib. Onun sözlərinə görə, hadisə İsveçrədə dağ kurortunda istirahət edərkən baş verib.

Polanski bundan əvvəl də zorlamada ittiham olunub. 1977-ci ildə 13 yaşlı Samanta Qeymer guya onun qurbanı olur. Kinematoqraf təqsirini boynuna almış və psixatrik müayinəyə razılaşdı, lakin həbsxanaya düşmək ehtimalının anlayanda Avropaya qaçmışdı.

view 2333 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news