Obama tətildə bu kitabları oxuyacaq

Obama tətildə bu kitabları oxuyacaq
calendar 15 avqust 2016
clock 12:14

ABŞ prezidenti Barack Obama yay tətilində oxuyacağı kitabların siyahısını açıqlayıb. Kulis.azın azadlıq.org saytına istinadən verdiyi məlumata görə bu haqda ağ evin saytında məlumat yayılıb.

Siyahıda ilk yerdə William Finnegan-ın xatirə ədəbiyyatı üslubunda yazdığı "Vəhşi günlər: serferin həyatı" romanı durur. Bundan əlavə, Obama Colson Whitehead psixoloji triller üslubunda yazdığı "Yeraltı dəmir yolu" romanını, Helen Macdonald-ın "H qırğı deməkdir" kitabını, britaniyalı yazıçı Paula Hawkins-in psixoloji triller janrında "Qatardakı qız" romanını, həmçinin Neal Stephenson fantastik romanı "Yeddi ərəfə"ni oxuyacaq.

Bundan öncə Barack Obama avqustun 11-də özünün musiqi siyahısını paylaşmışdı. Onun tövsiyyə etdiyi mahnıların siyahısında 29 mahnı vardı ki, həmin mahnıların bir hissəsi gündüz vaxtı, ikincisi isə gecə dinləmək üçün idi.

view 1028 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news