Adi həyatda rola girdiyimiz 12 məqam

Adi həyatda rola girdiyimiz 12 məqam
calendar 27 fevral 2017
clock 13:14

Kulis.az adi həyata rola girdiyimiz 12 məqamı təqdim edir.

Toyda yemək yediyimiz yerdə kameraya tuş gələndə üzümüzə verdiyimiz ciddi ifadə.

Sevmədiyimiz insanla görüşəndə nəzakət xətrinə gülümsəməyimiz.

Cibimizdə heç pul olmasa belə kafe və restoranda gördüyümüz tanışa “nə qulluq?” demək.

Yas yerində özünü kədərli göstərmək.

Hamının başa düşdüyü bir mövzunu, filmi, kitabı başa düşmədiyimiz anda özümüzü bu mövzunun eksperti kimi göstərmək.

Avtobusda başqalarına yer verməmək üçün özünü yuxuluğa vurmaq.

Sərxoş ola-ola özünü ayıq kimi aparmaq.

Hesabı dost ödəyəndə etiraz eləmək: “Özüm verərdim də, lazım deyildi.”

Sevgilinin yanına başqa bir qadınla münasibətin açılanda nəinki o qadını, ümumiyyətlə dünyada qadın cinsinin mövcudluğunu inkar eləmək.

Tanımadığın adam səninlə görüşəndə özünü tanımış kimi göstərmək.

Qızla (oğlanla) ilk görüşdə özünü olduğundan mədəni, nəzakətli, səliqəli, intellektual, varlı göstərmək.

Şəkil çəkdirəndə özünü guya kameradan xəbəri yoxmuş kimi aparmaq.

BONUS

Həyat səhnədir, insanlar isə aktyor!

view 1339 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news