Fransa prezidenti tamaşada oynayacaq

Fransa prezidenti tamaşada oynayacaq
calendar 23 fevral 2018
clock 10:11

Fransa prezidenti Emmanuel Makron tamaşada oynayacaq.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, Sergey Prokofyevin “Petya və canavar” musiqili nağılıdır.

Tamaşa martın 1-də Yelisey sarayında baş tutacaq. Tamaşaçıların siyahısı bəlli deyil, lakin Fransanın birinci xanımı Bricit Makronun qonaqlar arasında olacağı bildirilir.

Fransa prezidentinin məhz hansı rolda səhnəyə çıxacağı bəlli deyil. O, tamaşadan qabaq iki məşq keçəcək.

view 1128 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news