Estoniyada Azərbaycan Günü keçirilib

Estoniyada Azərbaycan Günü keçirilib
calendar 26 aprel 2018
clock 10:15

Aprelin 25-də Estoniya Mədəniyyət Nazirliyində Milli Müxtəliflik Günü çərçivəsində Azərbaycan Günü keçirilib.

Mədəniyyət Nazirliyi işçilərinə Azərbaycan haqqında məlumat verilib, milli rəqslərimiz və təamlarımız təqdim olunub.

Tədbiri Estoniya Mədəniyyət Nazirliyinin məsul işçisi Anne Li Reymaa açaraq Estoniya-Azərbaycan icmasının fəaliyyətindən danışıb. Sonra çıxış edən Türkiyədən gəlmiş qonaq, dini işlər üzrə Avrasiya təmsilçisi Ömər Faruk Azərbaycanı ikinci vətəni adlandıraraq, tədbirdə iştirakından məmnun olduğunu söyləyib.

Estoniya-Azərbaycan icmasının rəhbəri Niyazi Hacıyev tədbirə qatılanlara təşəkkürünü bildirib.

“Orhan” Azərbaycan Bazar günü məktəbinin rəhbəri Sənəm Əliyeva Azərbaycanı Şərqin mədəniyyət beşiyi adlandırıb, respublikamızın Şərq və Qərb mədəniyyətinin qovuşuğunda yerləşən tolerant ölkə olduğunu qeyd edib.

Sonda məktəbin şagirdlərinin ifasında milli musiqi və rəqslərimiz təqdim olunub.

Tədbir Mədəniyyət Nazirliyi işçiləri tərəfindən böyük maraqla qarşılanıb.

view 1081 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news