Nəsimi divanının surəti əldə edilib

Nəsimi divanının surəti əldə edilib
calendar 25 fevral 2019
clock 17:45

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surəti əldə edib

Kulis.az AMEA-nın saytına istinadən xəbər verir ki, əlyazmaların surətini M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Türkiyənin Ankara Milli Kitabxanasından gətirib.

Müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət olan 134 səhifəlik divanın əvvəlində kitabın bəktaşi təriqətinə məxsus Mömin Dədəyə vəqf edildiyi barədə qeyd var. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olub, onun şeirləri bu mühitdə sevilərək oxunub.

Əlyazma nüsxəsinin əvvəlindəki “Kitabı-Seyyid Nəsimi əl-Hüseyni” sözləri şairin “Hüseyni” təxəllüsü ilə kifayət qədər geniş oxucu kütləsinə məlum olduğunu göstərir.

view 1242 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news