Elçin Hüseynbəyli ilə görüş keçirilib

Elçin Hüseynbəyli ilə görüş keçirilib
calendar 1 mart 2019
clock 14:41

Fevralın 28-də yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb.

Kulis.azın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilib. "Kitabqurdu-BookWorm" layihəsi çərçivəsində həyata keçirilən görüşdə Elçin Hüseynbəyli ədəbi proses barədə fikirlərini bildirəndən sonra tələbələrin suallarını cavablandırıb.

Tədbirin sonunda yazıçı öz kitablarını tələbələrə hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.

view 1772 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news