Mayın 21-də “Hilton Baku” otelində ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçiriləcək.
Auksion Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin birgə təşkilatçılığı ilə reallaşacaq.
Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədi daşıyır.
- Azərbaycanda işləyən qadın olmağın 7 çətinliyi-SİYAHI
- Dayısı atasını qətlə yetirən, yadplanetlilərlə görüşən, cəsədi kəsməyə qorxan Xalq yazıçısı
- Beynəlxalq Muğam Müsabiqəsinə qeydiyyat başa çatdı
Məşhur rəssamlar Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Genadiy Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzeyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri və “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisinin maketi auksiona çıxarılacaq.
Əsərləri almaq və qiymətləri ilə tanış olmaq üçün auction.baku1@gmail.com elektron ünvanına müraciət etmək olar .