“Son nəfəsədək” filmi nümayiş olunub

“Son nəfəsədək” filmi nümayiş olunub
calendar 22 iyul 2019
clock 15:02

“İlğım” qrupunun təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Nurəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub.

Əvvəlcə “İlğım” qrupunun təsisçisi Qoşqar Qədimbəyli filmin müasir dövr üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, ekran əsəri Qarabağ müharibəsinin başlanğıcında aparılan mübarizədən bəhs edir. Süjet xəttini filmin qəhrəmanı Yavərin Yuxarı Veysəlli və ətraf kəndlərin müdafiəsində göstərdiyi igidlik təşkil edir.

Tamaşaçılar Yuxarı Veysəlli kəndinin özünümüdafiə dəstəsinin son nəfəsədək qəhrəmanlıqla vuruşaraq dinc sakinlərin həyatını xilas etmələrini əks etdirən döyüş yolu ilə tanış olublar.

Sonra filmin mövzusu və Qarabağ həqiqətləri haqqında fikir mübadiləsi aparılıb. /azertag.az/

view 1705 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news