Prezident Murad Köhnəqalaya ev verdi

Prezident Murad Köhnəqalaya ev verdi
calendar 23 iyul 2019
clock 16:28

Yazar Murad Köhnəqalaya Prezident tərəfindən ev verilib.

Lent.az məlumat verir ki, bu barədə onun özü məlumat verib. Murad Köhnəqala bildirib ki, bu barədə ona Bakı Şəhər İcra Hakimiyyətindən zəng edərək, məlumat veriblər:

"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb.

Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!".

view 2183 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news