Spilberqin yeni filminin treyleri çıxdı

Spilberqin yeni filminin treyleri çıxdı
calendar 12 dekabr 2017
clock 10:51

Stiven Spilberqin yeni “Birinci oyunçu hazırlaşın” filminin treyleri yayılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Ernest Klaynın eyniadlı fantastik romanı əsasında çəkilən filmdə hadisələr 2045-ci ildə baş verir, dünya xaos içindədir. İnsanlar “Oasis virtual reallığı” oyunundan xilas axtarırlar. Oyunun yaradıcısının vəsiyyətinə görə, onun bütün varidatı rəqəmsal “pasxa yumurtası”nı ilk tapana qismət olacaq.

Baş qəhrəman Ueyd Uotts oyunda iştirak etmək istəyir və təhlükə, kəşflər, tapmaca dolu fantastik dünyaya düşür.

Filmdə Tay Şeridan, Oliviya Kuk, Bek Mendelson, Saymon Pett, Mark Raylens çəkilib.

Filmin 2018-ci ilin martında təqdim olunacağı gözlənilir.

view 1070 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news