Xalq artisti reanimasiyaya yerləşdirildi

<b>Xalq artisti reanimasiyaya yerləşdirildi</b>
calendar 16 yanvar 2018
clock 15:20

Respublikanın Xalq Artistı, Lənkəran Daram Teatrının aktrisası Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.

Aktrisanın qızının Kulis.az-a verdiyi məlumata görə, Böyükxanım Əliyevanın vəziyyəti gecədən pisləşib, boğulma baş verib. Bu gün səhər aktrisanı M.Nağıyev adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.

Aktrisanın qızının sözlərinə görə, anası 10 ildən artıqdır ki, ürək xəstəliyi ilə mübarizə aparır. Həkimlərin onun vəziyyətini orta ağır qiymətləndirir.

view 975 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news