Respublika rəsm müsabiqəsi elan edilib

Respublika rəsm müsabiqəsi elan edilib
calendar 23 iyul 2018
clock 16:20

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı respublika rəsm müsabiqəsi elan edilib.

Xətai Sənət Mərkəzindən bildirilib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan müsabiqənin məqsədi qrafikanın müasir Azərbaycan incəsənətində rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaqdır.

Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə bərabər, ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 30-dək Xətai Sənət Mərkəzinin [email protected] elektron ünvanına göndərməlidir.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq. Müsabiqənin yekun sərgisi - Xətai Sənət Mərkəzində keçiriləcək. /azertag.az/

view 1138 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news