Nəsimi müsabiqəsinin qalibləri bilindi

Nəsimi müsabiqəsinin qalibləri bilindi
calendar 17 aprel 2019
clock 09:51

Dünən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi Suraxanı rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialı ilə birgə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar qəzəl müsabiqəsinin yekun mərhələsini keçirib.

Baş İdarədən bildirilib ki, müsabiqənin yekun mərhələsi Mədəniyyət evində təşkil olunub.

İlk olaraq aparıcı Bilqeyis Səfərova Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib. 65 və 317 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət müsabiqə iştirakçıları Nəsiminin qəzəllərini gənc və istedadlı tar ifaçısı Kamran Babayevin müşayiəti ilə ifa ediblər.

Müsabiqə iştirakçıları Mədəniyyət evi, kitabxananın əməkdaşları və məktəbin ədəbiyyat müəllimlərindən təşkil edilmiş münsiflər heyəti tərəfindən dinlənilib.

Münsiflər heyətinin yekun qərarı ilə qaliblər seçilib.

Qeyd edək ki, qaliblərə diplomlar və fəxri fərmanlar aprelin 19-da 65 nömrəli tam orta məktəbdə keçiriləcək “Oxu günü”ndə təqdim olunacaq.

view 1975 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news