33 yaşlı aktyor öləcəyini bəyan elədi

33 yaşlı aktyor öləcəyini bəyan elədi
calendar 3 iyun 2019
clock 16:14

Britaniyalı aktyor xərçəng xəstəliyindən əziyyət çəkir.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor Maykl Sleqqs xərçəng olduğu və yaxın zamanlarda öləcəyi haqda məlumat verib.

33 yaşlı aktyorun hər gün bədəninin zəiflədiyi və ölümə bir az daha yaxınlaşdığı söylənilir.

Maykl son günlərini ailəsinin yanında keçirmək istədiyini açıqlayıb.

Xatırladaq ki, məşhur aktyor 2018-ci ildən səhhətində problem yaşayır. Onda xərçəng və ürəkçatışmazlığı xəstəliyi aşkarlanmışdı.

Sonuncu dəfə Maykl Sleqqs çəkildiyi serialda xərçəng xəstəliyindən ölən bir obrazı canlandırıb.

view 2490 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news