Bakıda Rostropoviç tədbiri keçiriləcək

Bakıda Rostropoviç tədbiri keçiriləcək
calendar 4 iyul 2019
clock 18:32

İyulun 5-də L. və M.Rostropoviçlərin ev-muzeyində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Mstislav Rostropoviç - UNESKO-nun xoşməramlı səfiri və xeyriyyəçi insan” adlı tədbir keçiriləcək.

Tədbirdə klassik musiqi əsərlərindən ibarət konsert olacaq.

Bununla yanaşı, M.Rostropoviçin həyat və yaradıcılığında xeyriyyəçilik fəaliyyəti, xoşməramlı səfir kimi gördüyü işlərə aid fotolardan ibarət sərgi və slayd-şou nümayiş olunacaq. /azertag.az/

view 2307 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news