Şövkət Ələkbərovanın xatirəsi anılacaq

Şövkət Ələkbərovanın xatirəsi anılacaq
calendar 26 sentyabr 2019
clock 16:58

Noyabrın 16-da Heydər Əliyev Sarayında görkəmli sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, gecədə Şövkət Ələkbərovanın repertuarında yer alan muğamlar, xalq və bəstəkar mahnıları Xalq və Əməkdar artistlərinin, tanınmış müğənnilərin ifasında səsləndiriləcək.

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

view 2761 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news